AZE ENG
XİDMƏTLƏR
Tingçilik İdarəsi
05.06.2018 00:00
  Tingçilik idarəsi 2016 cı ilin aprel ayından 2saylı Yaşıllaşdırma İdarəsinin müvəqqəti tinglik sahəsinin bazasında fəaliyyətə başlamışdır. İdarə üzrə 2016-2018-ci illərdə cəmi 1271030 ədəd müxtəlif cinsli (zeytun, arizona sərvi, eldar şamı, sərv, sezalpiniya, qovaq, qlediçiya, qızıl gül, nar, badam, əncir, tut, oleandr, akasiya, çinar, safura və s.) əkin materialları  yetişdirilmişdir.
  2018-ci ilin yazında 350 min ədəd zeytun, 50 min ədəd nar, 10 min ədəd əncir olmaqla cəmi 410 min ədəd ağac və kol cinslərinin cilikləri kökləndirilmək üçün xüsusi hazırlanmış ləklərə basdırılmışdır.
  Yetişdirilmiş 206150 ədəd müxtəlif cinsli tinglər ASC-nin yaşıllaşdırma idarələrinə 24 min ədəd tut toxmacarı isə RİH-lərinə verilmişdir.

  01.04.2018-ci ilə  tingliklərdə 780770 ədəd, o cümlədən 332550 ədəd standart ting və toxmacar qalığı vardır. Yetişdirilən əkin materiallarından 322000 ədədi paket və dibçəklərdədir.   

  Tingliyin ərazisində əkin materiallarının yetişdirilməsi şəraitinin yaxşılaşdırılmasından ötəri ASC-nin daxili imkanlar hesabına 2016-cı ildə 5 ədəd 6x50 metr ölçüdə, 2017-ci ildə 1 ədəd 9x50 metr, 2 ədəd 7x60 mert, cəmi 8 ədəd 2790 m²-lik istixanalar tikilib istifadəyə verilmişdir.

Oxunub : 648