AZE ENG
XİDMƏTLƏR
“Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması” İdarəsi
05.06.2018 00:00

   2013-cü ildə Salyan və Qaradağ rayonlarının arid ərazilərində, magistral avtomobil yollarının kənarlarında yaşıllaşdırma tədbirlərinin aparılması və bununla əlaqədar suvarma sistemlərinin qurulması, həmçinin əkin materiallarının yetişdirilməsi  məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə “Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması” zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir.

  İlkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə avadanlıq quraşdırılmış Xəzər dənizdən 12.5 km məsafədən 215 mm diametrli borularla su çəkilmişdir. 2014-2015-ci ildə Xəzər dəniz suyunun duzsuzlaşdırılması üçün 1000 m3/gün gücündə əlavə gurğu quraşdırılmış və kompleksin gücü sutkada 2000 m3-ə çatdırılmışdır.

   Ümumilikdə 6 ədəd nasosxana, dəniz kənarında operatorlar və istirahət otaqları, 1 ədəd gözətçi otağı, 5150 m3 həcmli 4 ədəd dəmir - beton, 1 ədəd 20000 m3-lik torpaq su anbarı,  3 ədəd 1000 m3 tutumlu su çənləri, 1 ədəd anbar və işçilər üçün inzibati bina tikilmiş, 10 KV-lıq 5.7 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 3 ədəd, 1000, 250 və100 kvt-lıq transformatorlar qurulmuşdur. Dəniz  suyu İsrailin “ODİS” firmasının istehsalı olan, saatda 42 mtəmiz  su emal edən qurğu vasitəsi ilə duzsuzlaşdırılır. Emal olunan su əvvəlcə fiziki təmizlənir. Sonra 5 mikronluq su filtrlərindən keçərək RO əks osmos qurğusuna vurulur. Toray tipli membranlardan keçən suyun 45%-i içməli su şəklində ayrılır, qalan hissəsi isə 315 mm-lik borular vasitəsi ilə dənizə qaytarılır.

  İdarə yaranan gündən dənizdən 3894634 m3 duzlu su qəbul edilmiş, ondan 1687995 m3 təmiz su emal olunmuş 2206639 m3 duzlu su yenidən dənizə qaytarılmışdir.

Oxunub : 522