AZE ENG
XİDMƏTLƏR
“Bağlı Qrunt Şəraitində Örtülü Kök Sistemli” tinglik İdarəsi
05.06.2018 00:00
   İdarə müasir tipli istixana, cücərtmə sexi və 4 ədəd böyütmə şöbəsindən ibarətdir. 2013-2018-сi illər ərzində 1567930 ədəd müxtəlif cinsli dekorativ ağac və kol cinslərindən ibarət əkin materialı yetişdirilmişdir.
 2017-ci ildə aqrobağların salınmasında istifadə etmək üçün meyvə tinglərinin yetişdirilməsinə başlanılmışdır.
   2018-ci ilin yazında 150 min ədəd zeytun və digər ağac və kol cinslərinin cilikləri kökləndirilmək üçün xüsusi hazırlanmış ləklərə basdırılmış, 50 kq badam toxumu tədarük edilərək paketlərə səpilmişdir.
   Yetişdirilmiş 266559 ədəd müxtəlif cinsli tinglər yaşıllaşdırma işlərinə sərf edilmişdir.

Polietilen paketlərin doldurulması üçün 335 ton qarışıqdan (o.c. 75 ton peyin, 130 ton qum,     130 ton torpaq) istifadə edilmişdir.

   01.05.2018-ci ilə  tingliklərdə 738290 ədəd, o cümlədən 200250 ədəd standart ting və toxmacar qalığı mövcuddur. Yetişdirilən əkin materiallarından 284690 ədədi paket və dibçəklərdədir.   

Oxunub : 443