AZE ENG
XİDMƏTLƏR
Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi
05.06.2018 00:00

   Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin 07.07.2009-cü il tarixli 333/ü nömrəli əmri ilə “Azəryaşlandşaft” ASC-nin tabeliyinə verilmişdir.

   İdarə qeyri-meşə fondu torpaqlarında, o cümlədən maqistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda salınmış yaşıllıqların suvarılmasını təmin etməkdən ötəri suvarma sistemlərinin çəkilməsini və təmirini həyata keçirmək məqsədi ilə yaradılmışdır.

   Ümumilikdə Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi tərəfindən 2009-2018-ci illər ərzində Yaşıllaşdırma İdarələrinin xidməti ərazilərində müxtəlif diametrli 539879 p/m boru xətləri çəkilmiş, müxtəlif diametrli 78668 p/m borular təmir edilmiş, 417400 p/m damcılı boru çəkmiş və 164200 p/m damcılı boru təmir edilmişdir. Bunula yanaşı, çəkilmiş və təmir edilmiş boruların bütün aksesuarları idarə tərəfindən quraşdırılmışdır.

   2013-cü ildən başlayaraq ASC-nin xidməti ərazilərində damcılı suvarma sistemlərinin qurulması Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Oxunub : 489