AZE ENG
XİDMƏTLƏR
12 saylı Yaşıllaşdırma İdarəsi
05.06.2018 00:00
   Bakı-Şamaxı magistral avtomobil yolunun Cəngi hissəsinin ətrafının yaşıllaşdırılması məqsədi ilə Meşələrin İnkişafı Departamentinin Cəngi Meşəsalma müəssisəsinin bazasında yaradılmışdır.
   Yaradılan zaman bu müəssisənin balansında olan 30 km uzunluğunda Qaradüzlü-Cəngi su xətti kompleksi və 338 ha meşə əkini təhvil alınmışdır. Hal-hazırda idarənin xidməti ərazisi 601 ha olmaqla, yolun hər  tərəfində yaşıllıqların uzunluğu 19 km təşkil edir. Ərazidə 413239 ədəd müxtəlif cinsli ağac və kol bitkiləri becərilir.
   2014-cü ildə ASC tərəfindən ərazilərə damcılı suvarma sistemləri çəkilmişdir.
   Bakı-Şamaxı magistral avtomobil yolunun 68-71-ci km hissəsinin ətrafının yaşıllaşdırılması və suvarma sistemlərinin qurulması layihələri üzrə idarənin xidməti ərazisində 2014-ci ildə 23 ha-da yeni yaşıllıqlar salınmış, yaşıllıqlar damcılı suvarma sistemləri ilə təmin edilmişdir. Ərazidə 500 m3-lik və 1000 m3-lik 2 ədəd su anbarı, 2 ədəd nasosxana inşa edilmiş, 2 ədəd 200 m3-lik su çəni, 2 ədəd 250 kVa-lıq transformator qurulmuşdur. Nasosxananın ətrafı abadlaşdırılmışdır.
  Uzun müddət ərazidə  suvarmada olan problemlər yaşıllıqlarda becərməni və normal bitiş alınmasını çətinləşdirirdi. 2014-cü ildə yaşıllıqlar damcılı suvarma sistemləri ilə təmin edildikdən sonra əkinlərdə rekonstruksiya-bərpa işləri aparılmış və yüksək faizli bitiş əldə edilmişdir.
Oxunub : 599