AZE ENG
XİDMƏTLƏR
11 saylı Yaşıllaşdırma İdarəsi
05.06.2018 00:00

   Bakı-Quba magistral avtomobil yolunun ətrafının Zarat-Şabran hissəsinin yaşıllaşdırılması məqsədi ilə yaradılmışdır.İdarənin xidməti ərazisi 180 ha olmaqla,yolun hər  tərəfində yaşıllıqların uzunluğu 20 km təşkil edir. Ərazidə 207647 ədəd müxtəlif cinsli ağac və kol bitkiləri əkilmişdir.

 Bakı-Quba magistral avtomobil yolunun Zarat qəsəbəsi-Şabran hissəsinin ətrafının yaşıllaşdırılması və suvarma sistemlərinin qurulması layihəsi üzrə idarənin xidməti ərazisində 2014-2018-ci illərdə 180 ha-da yeni yaşıllıqlar salınmış, 180 ha sahədə damcılı suvarma sistemləri quraşdırılmış, 1 ədəd dəmir-beton 750 m3-lik su anbarı, Samur-Dəvəçi kanalından götürülən suyu durultmaq üçün 1 ədəd 10000 m3-lik torpaq su anbarı, 3 ədəd nasosxana, 3 ədəd gözətçi otaqları, 1 ədəd 250 kva-lıq transformator inşa edilmiş, nasosxanaların ətrafı abadlaşdırılmışdır.

  Alternativ su mənbəyi olaraq Taxtakörpü-Ceyranbatan su kanalından 2 yerdən 4 km uzunluğunda əlavə su xətləri çəkilmişdir.

  Ərazidə bataqlaşmış torpaqları təmizləmək üçün drenaj kanaları çəkilmiş, dərə - yarğanlar doldurulmuş, əkinə yararlı vəziyyətə gətirilərək yaşıllıqlar salınmışdır.

Oxunub : 615