AZE ENG
XİDMƏTLƏR
8 saylı Yaşıllaşdırma İdarəsi
05.06.2018 00:00

    Bakı-Qazax magistral avtomobil yolunun ətrafının Ələt-Atbulaq hissəsinin yaşıllaşdırılması məqsədi ilə yaradılmışdır.

   İdarənin xidməti ərazisi 637 ha olmaqla, yolun hər  tərəfində yaşıllıqların uzunluğu 11 km təşkil edir və Bakı-Qazax, həmçinin Ələt-Astara magistral avtomobil yolunun sağ və sol sahələrini əhatə edir. Ərazidə 988232 ədəd müxtəlif cinsli ağac və kol bitkiləri əkilmişdir.

   Bakı-Qazax magistral avtomobil yolunun Ələt qəsəbəsi - Atbulaq hissəsinin ətrafının yaşıllaşdırılması və suvarma sistemlərinin qurulması layihəsi üzrə idarənin xidməti ərazisində 2010-2012-ci illərdə 112 ha-da, daxili imkanlar hesabına isə 520 ha-da yeni yaşıllıqlar, 2017-ci ildə 5 ha ərazidə yeni aqrobağlar salınmış, 637 ha sahədə damcılı suvarma sistemləri, 1 ədəd 630 kvt-luq transformator quraşdırılmış, 1 ədəd 500 m3-lik su çəni,1 ədəd 20000 m3-lik torpaq su anbarı, 1 ədəd nasosxana, 4 ədəd gözətçi otaqları, inzibati bina inşa edilmişdir. İnzibati bina və nasosxanaların ətrafı abadlaşdırılmışdır.

   Ərazilər əsasən şoranlaşmış, bataqlaşmış, qrunt suları üzdə olan gilli torpaqlardan ibarətdir. Bununla əlaqədar 10 kilometrlərlə drenaj kanalları çəkilmiş və torpaqların münbitləşdirilməsi üçün aqromeliorativ tədbirlər həyata keçirilmişdir. Nəticədə yaşıllıqlarda yuksək inkişaf və bitiş əldə edilmişdir.

Oxunub : 536