AZE ENG
GÖRÜLƏN İŞLƏR
A R A Y I Ş
05.06.2018 00:00

 A R A Y I Ş

      “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə  təhkim olunmuş xidməti ərazilərdə 2008-2018-ci ilin 3 ayında cəmi 44443 hektarda 5435847 ədəd ağac və kol bitkiləri becərilir ki, bunun da - 1309453 ədədi zeytundur.

ASC-nin müəssisələri tərəfindən 2018-ci ilin 3 ayı ərzində aşağıdakı işlər görülmüşdür:

     1. Aqro-meşə massivləri salınmışdır – 4 saylı Yaşıllaşdırma İdarəsində 5 hektar.

     2. Ağac əkilmişdir – cəmi 49651 ədəd, ondan 3700 ədəd yeni salınmış aqro-meşə massivlərində, 45951 ədəd rekonstruksiya (sıxlaşdırma) sahələrində.

    3. 2018-ci ilin 3 ayında yaşıllıqlara 15262 hektar sahədə xidmət işləri (o.c.mexaniki üsulla 5103 ha), 19808 hektarda suvarma aparılmış, sahələrə 268.80 ton üzvi gübrə (peyin), 72.04 ton mineral gübrə verilmiş, yanğına qarşı 14 km uzunluğunda mühafizə zolağı  çəkilmişdir. 

   4. Idarələrin tinglik sahələrində 2018-ci ilin 3 ayı da daxil olmaqla cəmi 2583150 ədəd  müxtəlif cinsli əkin materialları yetişdirilir ki,  bunun da  43581 ədədi 3 ay ərzində Yaşıllaşdırma İdarələrində və aqro-meşə massivlərinin salınmasında istifadə olunmuş,  01.04.2018-ci ilə  tingliklərdə 2539569 ədəd, o cümlədən 1252129 ədəd standart ting və toxmacar qalmışdır. Yetişdirilən əkin materiallarından 631146 ədədi paket və dibçəklərdədir.   

   Bundan əlavə 307 kq  qiymətli ağac və kol cinslərinin toxumları, o.c. 145 kq badam, innab 2 kq, püstə 11kq, 13 kq eldar şamı, 22 kq sərv,13 kq oleandr və s. tədarük edilmişdir. 2017-ci ilin dekabr ayında tədarük edilmiş 1023 kq badam toxumu ilə birlikdə səpin şöbələrində 1168 kq badam toxumu səpilmiş, kökləndirmə sahələrində 450 min ədəd zeytun, 300 min nar, 20 min əncir, cəmi 770 min ədəd çilik basdırılmışdır.

 

   6. Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı idarəsi tərəfindən  2018-ci ilin 3 ayı ərzində  əvvəlki illərin əkin sahələrində 828 metr su xətləri (o.c. 6 saylı Y.İ.-də 560 metr, 8 saylı Y.İ.-də 268 metr), 8 saylı Y.İ.-də 1200 metr damcılı suvarma boruları çəkilmiş, 1500 metr su xətləri(o.c. 12 saylı Y.İ.-də 1500 metr)  təmir edilmişdir.

    

   7. İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi tərəfindən xüsusi maşın və mexanizmlər vasitəsi ilə 48.00 min ədəd çala qazılmış, 15.50 min m3 həcmində yaşıllıq sahələrinə su daşınmış, 480.00 ha ərazidə torpaq şumlanmış və şırım açılmış, 101.00 min kv.m torpaq hamarlanmış,  130 min m3 həcmində dərələr doldurulmuş  və torpaq yayılmış,  132.00 min m3 torpaq, peyin və digər materiallar yüklənmiş, 1008 min ton x km torpaq, peyin və digər materiallar daşınmış, 58 km uzunluğunda drenaj kanalları qazılmış, 569 ədəd ağac köçürülmüşdür.

 

             8. ,,Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması” İdarəsində  2018-ci ilin 3 ayı ərzində   Xəzər dənizindən 225399 m3 dəniz suyu qəbul edilərək 94658 m3 su duzsuzlaşdırılmışdır. İstehsal edilmiş su əsasən “Bağlı Qrunt Şəraitində Örtülü Kök Sistemli” Tinglik İdarəsinin tinglik sahələrinin və 4 saylı Yaşıllaşdırma İdarəsinin ərazilərində salınmış yaşıllıqlarının suvarılmasında istifadə olunmuşdur.   

Oxunub : 485